Messi 100-ə çatdı

“Barselona” İspaniya La Liqasının 34-cü turunda “Alaves”i 2:0 hesabıyla məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşma Kataloniya təmsilçisinin hücumçusu Lionel Messi üçün əlamətdar olub. Belə ki, argentinalı futbolçu “Barselona”nın kapitanı kimi 100-cü oyununu keçirib.

61-ci dəqiqədə Serxio Busketsin əvəzinə meydana daxil olan Messi, kapitanlıq sarğısını da məhz ispan futbolçudan alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button