Kapitan yeni transferlər haqda danışdı

“Yuventus”un kapitanı Leonardo Bonucci bu yay komandaya yeni gələn oyunçular haqqında fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, Turin klubunun rəsmi saytına danışan müdafiəçi, yeni transferləri tərifləyib:

“Anxel di Maria və Pol Poqba kimi oyunçuları heyətimizə cəlb etməklə bəxtimiz gətirdi. Birincisi artıq “Yuventus”un necə komanda olduğunu bilir, ikincisi isə anadangəlmə çempiondur. Bremerin də mütləq bizə faydası dəyəcək. Federiko Qattinin də böyük gələcəyi var”.

Poqba və Di Maria azad agent kimi “Yuventus”a qoşulub. Bremer isə “Torino”dan 41 milyon avroya Turin klubuna keçib.

İtaliya A Seriyası avqustun 13-də başlayacaq.

Bizi Telegramda izləyin