Kapitan 100-ə çatdı

“Real” İspaniya kubokunun 1/8 finalı mərhələsinin ilk oyunları çərçivəsində “Leqanes”i 3:0 hesabıyla məğlub edib.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşma “kral klubu”nun kapitanı Serxio Ramos üçün əlamətdar olub. Belə ki, matçda penalti vuruşuyla hesabı açan Ramos, karyerası ərzində 100-cü qolunu vurub.

32 yaşlı müdafiəçi “Sevilya”da 3, İspaniya millisində 17, “Real”da isə 80 qol vurmağı bacarıb.

“Leqanes”lə “Real” arasındakı cavab oyunu 17 yanvarda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button