ÇL: “Müdafiə “Barselona”nın zəif nöqtəsidir” – Kapello

İtaliya millisinin sabiq baş məşqçisi Fabio Kapello Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” – “Napoli” cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb. O, həmçinin neapollu cinah oyunçusu Xviça Kvaratsxeliya haqda fikirlərini bildirib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kapello gürcü futbolçunun “Barselona” üçün əsas təhlükəyə çevrilə biləcəyini söyləyib:

“İndi görürəm ki, Xviça yenidən öz səviyyəsində oynayır. O, “Barselona” üçün əsas təhlükəyə çevrilə bilər. Sürəti və intensivliyi ilə rəqib komandaya zərər verə bilər.

Müdafiə “Barselona”nın zəif nöqtəsidir. Bu komandaya hücum etmək lazımdır. Həmişə çoxlu şans yaradırlar, lakin arxada çox boşluq qoyurlar. “Napoli” bundan istifadə etməlidir”.

Neapoldakı ilk oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Cavab oyunu bu gün Kataloniyada keçiriləcək. Oyun saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button