“Onlar “Barselona”da oynamağa davam edəcəklər” – Laporta

“Barselona”nın prezidenti Xuan Laporta mövsümün sonuna qədər “Mançester Siti”dən icarəyə götürülən müdafiəçi Joao Kanselo və “Atletiko”dan icarəyə götürülmüş yarımmüdafiəçi Joao Feliksin klubda qalıb-qalmayacağı sualını cavablandırıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, hər iki futbolçunun Kataloniya klubunda oynamağa davam edəcəyini düşünür:

“Düşünürəm ki, onlar “Barselona”da oynamağa davam edəcəklər. Ümid edirəm ki, “Atletiko” Feliksin bizimlə qalmasına etiraz etməyəcək. Düşünürəm ki, “Mançester Siti” də buna etiraz etməyəcək.

Bu məsələ ilə bağlı agentimiz var – Jorje Mendeş. O, bizim bu oyunçularla işləmək niyyətimizi bilir. Hazırda heç nə deyə bilmərəm, çünki çox şey tələb olunan məbləğdən asılı olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button