Kanselo keçmiş klubuna qayıda bilər

“İnter” “Əl-Hilal”ın sağ cinah müdafiəçisi Joao Kanselo ilə müqavilə imzalamaq üzərində işləyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı oyunçu özü də yanvar ayında Səudiyyə Ərəbistanından ayrılıb Avropaya qayıtmaq niyyətindədir.

“İnter” hazırda müdafiəçi üçün əsas namizəd hesab olunur və klub onu icarəyə götürməyi planlaşdırır. İtaliya klubunun rəhbərliyi Kanselonun çətin xarakterindən, davranış problemlərindən yaxşı xəbərdardır, lakin narahat deyil və bu səbəblərə görə müqaviləni rədd etməyəcək. Komandanın baş məşqçisi Kristian Kivu oyunçunun istedadının böyük pərəstişkarıdır.

31 yaşlı futbolçu daha əvvəl 2017-2018-ci illərdə “İnter”də icarə əsasında oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button