“Həyat yoldaşımı təhqir edirlər” – Təhdid olunan futbolçu

“Barselona”nın müdafiəçisi Joao Kanselo UEFA Çempionlar Liqasının 1/4 finalında PSJ ilə cavab oyunundan sonra təhdidlərə məruz qalıb.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu, sosial şəbəkədə insanların gələcək qızının ölümünü arzuladıqlarını bildirib:

“Sosial şəbəkədə gələcək qızımın ölümünü arzulayırlar. Çətin ki, kimsə bunu üzümə desin, çünki problemlər yaranacaq. Amma şərhlərdə hər şeyi yazırlar. Həyat yoldaşımı da təhqir edirlər. Biz qəddar bir dünyada yaşayırıq. Ailəmi tənqid edə bilərsiz, amma onlara toxunmayın”.

Kanselo qarşılaşmada rəqib futbolçuya qarşı kobudluq edib, bundan sonra “Barsa”nın qapısına penalti təyin olunub. Matç “Barselona”nın 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button