Kamran Quliyevin sirki

Rəşad Ergün

“Neftçi” son illərdə iki gözəgəlimli futbolçu transfer etdi – Baqali Dabo, Donald Gerye. İkisi də son illərdə ölkənin gözü önündən çəkilməyən klublarından. Dabo “Qəbələ”dən, Gerye “Qarabağ”dan gəlmişdi.

Dabo “Neftçi”dən gethagetdə “Qarabağ” forması ilə fotosunu paylaşdı, Gerye də Bakı klubunda yaxşıca yeyib-içəndən, istirahət edəndən sonra “Qarabağ”a qayıdır.

Mən əvvəl “Neftçi”nin son illərdə ölkə futbolundakı rolunu başa düşmürdüm, amma artıq başa düşürəm: sirk! Kamran Quliyevin rəhbərliyi altında ölkə futbolunun ən yaşlı komandası sirkə çevrilib.

Kamran müəllim, növbəti nömrənizdə nə var?