Kamran Əliyevin komandası 1/8 finalda dayandı

Futbol üzrə Rusiya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Krılya Sovetov”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda böyük hesabla (0:4) məğlub olub və mübarizəni dayandırıb.

Kamran da bu görüşün iştirakçısı olub. O, 85-ci dəqiqədə meydana buraxılıb. Əliyev meydana çıxdıqdan cəmi 3 dəqiqə sonra sarı vərəqə ilə də cəzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button