Kakadan etiraf: “Real”dakı çıxışım istənilən səviyyədə deyildi”

“Qızıl top” mükafatının sahibi, braziliyalı sabiq futbolçu Kaka “Real”dakı çıxışı barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi, paytaxt klubunda gözləntiləri doğrulda bilmədiyini qəbul edib və həmin dövrün həm şəxsi, həm də peşəkar baxımdan çətin keçdiyini bildirib:

“Madriddəki çıxışım istənilən səviyyədə deyildi. Bu, mənim üçün həm şəxsi, həm də peşəkar baxımdan mürəkkəb bir dövr oldu. Düşünürəm ki, “Real”da çıxışımı hələ də Eden Hazardla (komandanın digər sabiq futbolçusu) olduğu kimi, uğursuz hesab edirlər”.

Kaka 2009-2013-cü illərdə “kral klubu”nun formasını geyinib. O, 2007-ci ildə futbol dünyasının ən nüfuzlu fərdi mükafatı olan “qızıl top”a layiq görülmüşdü.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button