Kadi Borgesin cəzası məlum oldu

“Qarabağ”ın futbolçusu Kadi Borges iki oyunluq cəzalanıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna braziliyalı yarımmüdafiəçinin Misli Premyer Liqasının 20-ci turunda “İmişli” ilə oyunda birbaşa qırmızı vərəqə alması səbəb olub. “Köhlən atlar” ciddi qayda pozuntusuna yol verən oyunçuya görə 1 000 manat ödəməli olacaq.

“İmişli”nin legioneri Dioqo Almeyda hakimin qərarına etiraz etdikdən sonra ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün bir matçlıq cəza ilə üzləşib. Bölgə təmsilçisi 2 500 manat cərimələnib. Klub qarşılaşmanın fasiləsində meydana kənar şəxsin daxil olması ucbatından 2 500 manat ziyana düşüb.

Oyunun sonlarında Ağdam klubunun azarkeşləri pirotexniki vasitədən istifadə ediblər. Bu, cari mövsümdə üçüncü dəfə təkrarlandığına görə “Qarabağ” 6 000 manat ödəyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button