
MY ilə “Çelsi”nin “radar”ındadır – Almaniyalı futbolçu
Dortmund “Borussiya”sının vingeri Kərim Adeyemi İngiltərə top-klublarının diqqət mərkəzinə düşüb.
Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, “Mançester Yunayted” və “Çelsi” 24 yaşlı futbolçunun transferində ciddi şəkildə maraqlıdır.
Almaniyalı futbolçu hələ də Dortmund təmsilçisi ilə yeni müqavilə barədə razılığa gələ bilməyib. Onun hazırkı sözləşməsinin müddəti 2027-ci ilin yayına qədərdir.
“Borussiya” Adeyemini gələcəkdə pulsuz itirmək istəmir və buna görə də, onu təxminən 69 milyon avroya satmağa hazırdır. Futbolçu bu mövsüm bütün turnirlərdə 39 oyunda meydana çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



