“Kəpəz”dən növbəti transfer – Rəsmi

“Kəpəz” növbəti futbolçu transferini gerçəkləşdirib.

Komanda.az Gəncə təmsilçisinin rəsmi “feysbuk” səhifəsinə istinadən xəbər verir ki, klub Ehtiram Şahverdiyevi heyətinə qatıb.

Yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

Oyunçu ötən mövsüm “Turan Tovuz”un formasını geyinib.

“Kəpəz” daha əvvəl Vurğun Hüseynov, Rüfət Əhmədov və Əli Səmədovun transferini açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button