“Kəpəz”dən “Araz-Naxçıvan”la heç-heçə

Yeni mövsümə Bakıda hazırlaşan “Kəpəz” bu gün yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Gəncə təmsilçisi “Araz-Naxçıvan” ilə qarşılaşıb.

“Dalğa Arena”dakı görüş 1:1 hesabı ilə başa çatıb. Gəncə klubunda Mate Kvirkviya, Naxçıvan klubunda isə Orxan Əliyev fərqlənib.

Qeyd edək ki, “Araz-Naxçıvan” yeni mövsümdə ilk dəfə Premyer Liqada mübarizə aparacaq.

Xatırladaq ki, “Kəpəz” bunadək keçirdiyi yoxlama oyunlarında “Səbail”ə və “Zirə”yə uduzub – 1:2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button