“Kəpəz”də məşqçilərlə görüş

“Kəpəz”in icraçı direktoru İlqar Nadiri məşqçilərlə görüş keçirib.

Komanda.az xəbər verir ki, görüşdə klubun əsas və müxtəlif yaş qrupları üzrə komandalarının məşqçiləri iştirak edib.

Əvvəlcə mütəxəssislərin hesabatları dinlənilib. Daha sonra klub rəhbəri çıxış edərək ötən il qeydə alınan nəticələri təhlil edib, qış fasiləsindən maksimum yararlanmaqla komandaların daha yaxşı şəkildə hazırlaşmasını və uğurlu nəticələr qazanmasını arzulayıb. Komandaların yeni istifadəyə verilən süni örtüklü meydançadan istər məşq, istərsə də oyunlar üçün yararlandığını bildirən icraçı direktor şəraitin yaxşılaşması ilə məşqlərin keyfiyyətinin yüksəldiyini vurğulayıb. İlqar Nadiri gələcəkdə Gəncə şəhər stadionunda AFFA-nın dəstəyi ilə daha bir meydançanın salınacağını da xatırladıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button