“Kəpəz” “Qəbələ”dən futbolçu transfer etdi

Yeni mövsümdə birinci divizionda çıxış edəcək “Kəpəz” klubu daha bir futbolçunu heyətinə cəlb edib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi “Qəbələ”dən Vüsal Məsimovu transfer edib.

Məsimov ötən mövsümü icarə əsasında “Turan Tovuz”da keçirib.

21 yaşlı futbolçu müdafiəçi mövqeyində oynayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button