“Kəpəz” iki antirekordunu təkrarlayıb

“Kəpəz” iki antirekordunu təkrarlayıb.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycan çempionatlarında ən ağır ev məğlubiyyətlərindən birini alıb.

Adil Şükürovun baş məşqçisi olduğu kollektiv Premyer Liqanın 28-ci turunda “Qarabağ”a 1:6 hesabı ilə uduzub. Qərblilər tarixində 3-cü dəfə ev matçında beş top fərqi ilə məğlub olub.

2006-cı il martın 25-də “Neftçi” “Kəpəz”in meydanında 5:0 hesablı qələbə qazanıb. 2017-ci il noyabrın 25-də “Qəbələ” səfərdən 6:1 hesablı qalibiyyətlə dönüb.

“Kəpəz” həm də tarixində ikinci dəfə ev oyununda 6 qol buraxmaqla bu antirekordunu da təkrarlayıb. “Qəbələ”dən sonra “Qarabağ” gəncəlilərin meydanında 6 qol vurub.

“Kəpəz” son ev matçını Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button