“Kəpəz”in ilk rəqibləri müəyyənləşdi

Gəncədə təlim-məşq toplanışına başlayan 1-ci divizion təmsilçisi “Kəpəz”in hazırlıq dövründə keçirəcəyi yoxlama görüşlərindəki rəqiblərdən ikisi məlum olub.

Komanda.az xəbər verir ki, “sarı-göylər” 1-ci divizionun təmsilçiləri ilə qarşılaşacaq. Komanda ilk olaraq “Turan Tovuz”la üz-üzə gələcək. Oyun yanvarın 14-də Tovuzda keçiriləcək.

“Kəpəz”in digər rəqibi isə “Ağsu” olacaq. “Ağsu”nun meydanında reallaşacaq bu matçın tarixi hələ dəqiqləşməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button