“Kəpəz”in futbolçusu əməliyyat olundu

Birinci Divizionda 16-cı turun “Kəpəz” – “Zaqatala” matçında rəqib futbolçunun kobud oyunu nəticəsində zədələnərək görüşü davam etdirə bilməyən meydan sahiblərinin üzvü Nicat Verdiyev əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə Gəncə klubunun rəsmi saytı məlumat yayıb.

“Sarı-göylər”in əsas heyətinin üzvünə MRT müayinəsi zamanı körpücük sümüyünün sınığı diaqnozu qoyulub. Gəncədə özəl xəstəxanalardan birində əməliyyat edilən yarımmüdafiəçi 3 həftə yaşıl meydanlardan kənar qalacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button