
“Kəpəz” sabiq futbolçusunu qaytardı
“Kəpəz” sabiq futbolçusu Olavale Onanuqanı yenidən qaytarıb.
Komanda.az xəbər verir ki, bu abrədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlanıb.
Nigeriyalı yarımmüdafiəçi 2023/2024 mövsümündə də “sarı-göylər”in heyətində çıxış edib. Onanuqa “Kəpəz”də meydana çıxdığı 27 oyunda 2 qol müəllifi olub. Futbolçu “Kəpəz”dən ayrıldıqdan sonra “Əl-Nəsr” (Küveyt) və “Bney Yehuda” (İsrail) klublarında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



