Joze Mourinyonun cəzası açıqlandı

İtaliya Futbol Federasiyası “Roma”nın baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.

Komanda.az xəbər verir ki, A Seriyasının 7-ci turunda “Atalanta” ilə oyunda qırmızı vərəqə alan portuqaliyalı mütəxəssis 1 oyun texniki zonada yer almayacaq.

Mourinyo görüş zamanı meydana daxil olaraq futbolçusuna qarşı cərimə meydançasındakı kobudluğa görə penalti təyin etməyən hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalanmışdı. Təcrübəli mütəxəssis oyundan sonra da matçın hakimlərini tənqid etmişdi. Buna görə onun 3 oyunluq cəzalanacağı gözlənilsə də, İtaliya Futbol Federasiyası bu dəfə Mourinyonun “günahından keçib”.