Jirudan tarixi göstərici

Fransa millisi AÇ-2020-nin seçmə mərhələsinin ikinci turunda İslandiyanı 4:0 hesabıyla məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, matçın 68-ci dəqiqəsində komandasının ikinci qolunu vuran Olivye Jiru, adını Fransanın futbol tarixinə yazdırıb. Belə ki, Jiru, yığmada 35-ci qolunu vuraraq, Fransa millisinin tarixində ən çox qol vuran 3-cü futbolçu olub. O, millidə 34 qol vuran “Yuventus”un sabiq hücumçusu David Trezeqeni geridə qoyub.

Fransa millisinin tarixində ən çox qol vuran futbolçu isə Tyerri Anridir. Onun hesabında 51 qol var.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button