Jirudan “İnter” etirafı

“Çelsi” ilə müqaviləsi cari mövsümün sonunda bitəcək Olivye Jiru açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, gələcək karyerası ilə bağlı danışan 33 yaşlı futbolçu, bunları deyib:

“Hər kəs “İnter”in idman layihəsinin mənim üçün maraqlı olduğunu bilir. “Latsio” və “Tottenhem” də mənimlə maraqlandı. “İnter”in baş məşqçisi Antonio Konte ilə də danışmışam.

Mövsüm tamamlanana qədər komandada qalmaq istəyirəm. Getmək üçün daha bir neçə ay var. Müqavilə və gələcək klubumla bağlı danışmaq üçün doğru zaman deyil. Amma vaxtı gələndə, doğru qərarı verəcəm”.