“Milan”ın hücumçusu MLS klubu ilə razılığa gəlib

“Milan”ın hücumçusu Olivye Jiru “Los-Anceles”ə keçməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, MLS klubu 37 yaşlı fransalı forvardla 2025-ci ilin dekabrına qədər olan müqavilə ilə bağlı şifahi razılığa gəlib.

Müqavilənin bağlanması üzrə işlər yekunlaşmaq üzrədir.

Jiru cari mövsümdə 36 oyun keçirib, 14 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button