Jiru: “MLS-ə turist kimi getməyəcəm”

Fransa millisinin hücumçusu Olivye Jiru “Milan”ı tərk etmək qərarının səbəbini açıqlayıb.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, tezliklə “Los-Anceles”ə azad agent kimi keçəcək 37 yaşlı futbolçu MLS-ə turist kimi getməyəcəyini bildirib:

“Mən hiss etdim ki, ailənin lehinə seçim etmək, çox, çox yüksək səviyyədə çıxış etmək üçün “kifayətdir” demək vaxtı çatıb. Amma mən MLS-ə turist kimi getməyəcəm”.

Jiru mayın 13-də mövsümün sonunda “Milan”dan ayrılacağını açıqlamışdı. O, 2021-ci ilin yayından İtaliya klubunda çıxış edirdi.

Fransalı forvard 2023/24 mövsümündə 45 oyun keçirib, 16 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button