“Barselona” Xavini əvəz edə biləcək baş məşqçini tapıb

“Jirona”nın baş məşqçisi Miçel “Barselona”ya rəhbərlik edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin agenti oktyabr ayından indiyədək “Barselona” təmsilçiləri ilə üç görüş keçirib. 48 yaşlı məşqçi 2023/24 mövsümü başa çatdıqdan sonra Kataloniya komandasına rəhbərlik edə bilər. Hazırkı baş məşqçi Xavi cari mövsümün sonuna qədər qovulsa, Miçel gələnə qədər “Barselona B”-ni çalışdıran Rafael Markes əsas komandada baş məşqçini əvəz edəcək.

Xavi 2021-ci ilin noyabrından “Barselona”ya rəhbərlik edir və onun klubla müqaviləsi 2025-ci il iyunun sonuna kimidir.

Mişel 2021-ci ilin iyul ayından “Jirona”nı çalışdırır. Onun klubla müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir.

“Barselona” İspaniya çempionatında 16 oyundan sonra 34 xalla üçüncüdür. Turnirə 41 xalla “Jirona” başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button