Millinin baş məşqçisi vəzifəsinə namizədlər müzakirə olunacaq – AFFA-da

İyulun 10-da AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Saat 15:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

  • Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi
  • Digər məsələlər

Son olaraq “Mançester Yunayted”in sabiq futbolçusu Roy Kinin adı Azərbaycan millisiylə hallanırdı.