Cilardinyo baş məşqçi oldu

İtaliya millisinin və “Milan”ın sabiq üzvü Alberto Cilardinyo baş məşqçilik edəcək.

Komanda.az xəbər verir ki, keçmiş forvard, İtaliya D Seriyasında mübarizə aparan “Ressato”nun “sükanı arxasına” gətirilib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Cilardinyo, 2018-ci ilin sentyabrında karyerasını bitirdikdən sonra “Ressato”da baş məşqçi Luka Prinanın köməkçisi olmuşdu. Prinanın komandadan ayrılmasından sonra baş məşqçi postuna Cilardinyo gətirilib.

Karyerası ərzində “Milan”, “Cenoa”, “Fiorentina”, “Bolonya” kimi komandalarda çıxış edən Cilardinyonun son klubu İtaliya B Seriyası təsmilçisi “Spetsiya” olub. Sabiq forvard 2018-ci ilin sentyabrında karyerasını bitirib.

Cilardinyo 2006-cı ildə İtaliya millisi ilə dünya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button