“Yuventus”da yeni müqavilə – rəsmi

İtaliyanın “Yuventus” klubu titul sponsoru olan “Jeep” şirkətiylə müqavilənin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Yuventus” “Jeep”lə olan sözləşməni 2024-cü ilin yayına qədər artırıb.

“Yuventus” yeni razılaşmaya əsasən, illik 45 milyon avro və yeni titullara görə əlavə bonuslar qazanacaq.

“Yuventus” “Jeep”lə 2012-ci il mövsümündən əməkdaşlıq edir. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2021-ci ilin yayına qədər idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button