“Yuventus” onlardan birini satıb, yeni transferini açıqlayacaq

İtaliyanın “Yuventus” klubu heyətini yeni hücumçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi “İnter”dən Mauro İkardini transfer etməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Yuventus”un İkardi ilə artıq razılaşdığı və tərəflər arasında 5 illik müqavilə imzalanacağı bildirilir. İkardi “qoca sinyora”da illik 8 milyon avro məvacib alacaq.

“Yuventus” Paulo Dibala və ya Mario Mancukiçi satdıqdan sonra İkardinin transferini rəsmən açıqlayacaq.