“Yuventus” onunla yeni müqavilə imzalayacaq

İtaliyanın “Yuventus” klubu futbolçusu Xuan Kuadrado ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Komanda.az xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi ilə artıq razılıq əldə olunub. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Kuadrado ilə imzalanacaq yeni müqavilənin müddəti 2023-cü ilin yayına qədər olacaq.

32 yaşlı futbolçu bu mövsüm “Yuventus”la 33 oyunda 15 məhsuldar ötürmə ilə yadda qalıb.

2010-cu ildən “Yuventus”da çıxış edən Kuadradonun klubla hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir.