“Ulduz” Polşa klubunu məğlub etdi
İtaliyanın Vigevano şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında təşkil olunan Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən eşitməqüsurlu əlillərdən ibarət “Ulduz” futzal komandası qrupda son oyununu keçirib. İtaliyanın “Potenza” komandasına 2:9 hesabı ilə məğlub olan futzalçılar qrupu sonuncu pillədə başa vurub.
Növbəti mərhələdə Polşanın “Krakov” komandası ilə qarşılaşan “Ulduz” 9:8 hesablı qələbə qazanıb. “Ulduz” növbəti oyunlarını bu gün və sabah keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin