“Ulduz” Belçika klubunu məğlub etdi

İtaliyanın Vigevano şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında təşkil olunan Çempionlar Liqasında çıxış edən “Ulduz” növbəti oyununu keçirib.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Belçikanın “Şarlerua” klubu ilə qarşılaşan təmsilçimiz qələbə qazanıb – 4:3. “Ulduz” turnirdə növbəti oyununu bu gün keçirəcək. Macarıstanın “Budapeşt” komandası ilə qarşılaşma yerli vaxtla saat 16:00-da başlayacaq.