Yeni transfer mövsümün sonuna qədər olmayacaq

İtaliyanın “Torino” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, Turin təmsilçisinin ötən həftə “Latsio”dan heyətinə qatdığı Məhəmməd Fares sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Əlcəzairli yarımmüdafiəçi zədə səbəbindən mövsümün qalan hissəsini buraxmalı olacaq.

“Torino” Faresi ötən həftə “Latsio”dan icarəyə götürüb.