Alıcı tapılmasa, A Seriyasını tərk edəcəklər

İtaliyanın “Salernitana” klubu A Seriyasını tərk edə bilər.

Komanda.az xəbər verir ki, kluba 31 dekabra qədər alıcı tapılmazsa, “Salernitana” yarışdan kənarlaşdırılacaq. Bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabrierl Qravina yerli mətbuata açıqlamasında deyib:

“Salernitana”ya 10 gün ərzində alıcı tapılmazsa, klub 2022-ci il yanvarın 1-dən A Seriyasından ayrılacaq. Ümid edirəm ki, kluba alıcı tapılar. Salerno şəhərinə və bu komandanın azarkeşlərinə böyük hörmətim var. May ayında bu məsələyə toxunmuşdum. Mən sadəcə qaydalara hörmət edirəm. Ümid edirəm ki, klubu alan tapılar”.

“Salernitana” A Seriyasında sonuncu sıradadır.