“Ronaldo İtaliyanı tərk etməlidir” – Mourinyo

İtaliyanın “Roma” komandasının yeni baş məşqçisi Joze Mourinyo “Yuventus”un futbolçusu Kriştiano Ronaldo haqda açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, həmyerlisinin “Yuventus”u tərk etməli olduğunu deyib:

“Ronaldo İtaliyanı tərk etməlidir. 25 yaşında deyil, 36 yaşındadır. Mövsümdə 50 qol vurmayıb, lakin nə qədər vurub? Bunlar inanılmaz rəqəmlərdir. O, bir əfsanədir. Hər dəfə özünü yaxşı motivasiya etməyi bacarır”.