“Roma” amerikalı futbolçu ilə gücləndi

İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi ABŞ-ın “Dallas” klubundan Brayan Reynoldsu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı müdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Roma”da çıxış edəcək.

İtaliya klubu Reynoldsun icarəsi üçün “Dallas”a 100 min avro ödəyəcək. “Roma” yayda amerikalı futbolçunun transfer hüquqlarına sahib ola bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button