200 min avroya görə istefa verdi – Klub prezidenti

İtaliyanın “Novara” klubunun prezidenti Marçello Çinaçi istefa verib.

Komanda.az xəbər verir ki, C Seriyası təmsilçisinin rəhbəri 200 min avro pulla tutulduqdan sonra vəzifəsindən ayrılmalı olub. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb.

Marçello avtomobili ilə gedərkən yol polisi tərəfindən saxlanılıb. 50 yaşlı funksionerin avtomobilinə baxış zamanı yemək qutusunun içərisində 200 min avro tapılıb. Marçello şübhə doğuran bu pulun mənşəyi haqda polisi düzgün məlumatlandıra bilməyib.

Marçellonun pulu müsadirə olunub və onun barəsində istintaq başladılıb. İtalyan futbol funksioneri “Novara”dakı prezident postundan da ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button