“Napoli”nin iki futbolçusunda koronavirus aşkarlandı

İtaliyanın “Napoli” klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, Elseyd Hyusay və Amir Rahmanidə koronavirus aşkarlandığı bildirilib. Hər iki futbolçu karantinə alınıb.

“Napoli” Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində bu gün “Real Sosyedad”la (İspaniya) qarşılaşacaq. Matç saat 21:55-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button