“Napoli”nin futbolçusunda koronavirus aşkarlandı

İtaliyanın “Napoli” klubunun futbolçusu Nikola Maksimoviç koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 29 yaşlı müdafiəçinin koronavirus testi müsbət çıxıb. Maksimoviçin səhhəti yaxşıdır və o, karantinə alınıb.

Maksimoviç bu mövsüm İtaliya A Seriyasında 17 oyuna çıxıb.