“Napoli”nin daha bir futbolçusunda koronavirus aşkarlandı

İtaliyanın “Napoli” klubunun daha bir futbolçusu koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu, ispaniyalı yarımmüdafiəçi Fabian Ruisdir. Bu barədə İspaniya milli komandasının mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçunun koronavirus testi müsbət çıxıb.

“Napoli”də bundan əvvəl Elif Elmas və Petr Zelinskidə koronavirus aşkarlanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button