“Napoli” Qattuzo ilə yollarını ayırdı

İtaliyanın “Napoli” klubunda baş məşqçi Cennaro Qattuzo ilə yollar ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə Neapol təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Qattuzonun klubla müddəti bitən müqaviləsi yenilənməyib.

“Napoli” A Seriyasının son turunda doğma meydanda “Verona” ilə qollu bərabərə qalıb – 1:1. Neapollular bu matçda qələbə qazansaydılar, mövsümü 4-cü bitirib, Çempionlar Liqasına vəsiqə əldə edəcəkdilər.

“Napoli” A Seriyasını 5-ci sırada bitirərək, Avroliqada iştirak hüququ əldə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button