“Milan” yeni uğura imza atdı

İtaliyanın “Milan” klubu A Seriyasının 19-cu turunda səfərdə “Empoli”ni məğlub edib – 4:2.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “qırmızı-qaralar” 2021-ci ildə çempionatda 17-ci səfər qələbəsini qazanıb.

“Milan” A Seriyası tarixində il ərzində səfərdə ən çox qələbə qazanan ikinci klub olub.

Bu göstəricidə rekordçu “Napoli”dir. Neapol təmsilçisi 2017-ci ildə səfərdə 18 matç qazanıb.