İtaliyanın ən çox qazanan baş məşqçiləri SİYAHI

İtaliyanın “La Gazetta Dello Sport” nəşri A Seriyasında ən çox qazanan baş məşqçilərin adlarını açıqlayıb.

Komanda.az xəbər verir ki, “İnter”in çalışdırıcısı Antonio Konte A Seriyası klublarında çalışan ən yüksək ödənişli baş məşqçidir. 50 yaşlı mütəxəssis illik 11 milyon avro məvacib alır.

İkinci sırada 5,5 milyon avro ilə “Yuventus”u çalışdıran Mauritsio Sarridir.

“Napoli”nin baş məşqçisi Karlo Ançelotti isə 5 milyon avro məvaciblə 3-cü sıradadır.

1 Antonio Konte (İnter) – 11 milyon avro
2 Mauritsio Sarri (Yuventus) – 5,5
3 Karlo Ançelotti (Napoli) – 5
4 Sinişa Mihayloviç (Bolonya) – 3
5 Paulo Fonseka (Roma) – 3
6 Canpyero Qasperini (Atalanta) – 2,5
7 Marko Campaolo (Milan) – 2
8 Simone İnzaqi (Latsio) – 2
9 Eusebio Di Françesko (Sampdoriya) – 1,8
10 Valter Matssari (Torino) – 1,8

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button