İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, “neradzurra” “Atalanta”dan Robin Qosensi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Alman yarımmüdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
“İnter” Qosens üçün “Atalanta”ya 35 milyon avro ödəyib.
Qosens Almaniya millisinin də üzvüdür.