Fil Dişi Sahili millisinin üzvü “Atalanta”da

İtaliyanın “Atalanta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Berqamo təmsilçisi “Sassuolo”dan Jeremi Boqanı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Atalanta” mövsümün sonunda Fil Dişi Sahilindən olan yarımmüdafiəçinin transfer hüquqlarını 22 milyon avro qarşılığında ala bilər.

Boqa bu mövsüm A Seriyasında 12 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button