İtaliyada daha bir klub baş məşqçisini istefaya göndərdi

İtaliyanın “Kalyari” komandasının baş məşqçisi Leonardo Sempliçi istefaya göndərilib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

54 yaşlı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib.

Sempliçi bu ilin fevralından “Kalyari”yə rəhbərlik edirdi. Komanda cari mövsüm A Seriyasında 3 oyuna 1 xal qazanıb.

Bu gün A Seriyasının digər təmsilçisi “Verona” da baş məşqçisi Eusebio Di Françeskonun istefaya göndərildiyini açıqlayıb.