İtaliya millisində pul davası

İtaliya millisinin oyunçuları DÇ-2026-nın pley-off matçında, Bosniya və Herseqovina ilə qarşılaşmadan öncə, final mərhələsinə vəsiqə qazanacaqları təqdirdə 300.000 avro bonus tələb ediblər.

Komanda.az xəbər verir ki, bu barədə “La Repubblica” məlumat yayıb.

İtaliyalı oyunçular matçdan əvvəl 300.000 avro bonus (hər oyunçu üçün 10.000 avro) barədə danışıqlar aparmağa çalışıblar.

Komandanın baş məşqçisi Cennaro Qattuzo oyunçuları İtaliya Futbol Federasiyası ilə danışıqları davam etdirməkdən çəkindirərək, bonus məsələsinin yalnız dünya çempionatına vəsiqə qazandıqdan sonra müzakirə edilməli olduğunu bildirib.

İtaliya millisi sonda Bosniya və Herseqovinaya məğlub olaraq (əsas və əlavə vaxt 1:1, penaltilər 1:4), yayda keçiriləcək dünya çempionatından kənarda qalıb.

Mundial 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button