Di Natale baş məşqçi oldu

İtaliya milli komandasının sabiq futbolçusu Antonio Di Natale C Seriyasında komanda çalışdıracaq.

Komanda.az xəbər verir ki, keçmiş hücumçu “Karrareze”yə baş məşqçi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Di Natale 2015-ci ildə futbolçu karyerasını bitirib. Sabiq hücumçu 224 qolla “Udineze” tarixinin ən çox qol vuran futbolçusudur. Antonio iki dəfə də A Seriyasında mövsümün bombardiri olub. Antonio Di Natale İtaliya yığmasında 43 oyunda 11 qol vurub.

Di Natale daha əvvəl “Spetsiya” klubunda məşqçi kimi çalışıb.

“Karrareze” C Seriyasında 40 xalla 15-ci sıradadır.