AÇ-2020: “Buna görə də, İspaniya ilə oyuna fərqli hazırlaşmışıq” – Mançini

İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini AÇ-2020-nin yarımfinal mərhələsində İspaniya yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Mançini, İspaniya ilə matçın çətin keçəcəyini deyib:

“Düşünürəm ki, bu oyun çətin olacaq. Belçika və İspaniya fərqli futbol oynayan komandalardır. Buna görə də, İspaniya ilə oyuna fərqli hazırlaşmışıq. İspanlar bizə bir çox problem yarada bilərlər. Hadisələrin necə olacağını bilmirəm, amma bacarıqlarımızı sərgiləməli olacağımız bir matç olacaq.

İspaniya yığması möhtəşəmdir. Bunu illər ərzində də sübut ediblər. Bəzi mövqelərdəki futbolçuların gənc olmasının əhəmiyyəti yoxdur. İspanlar əla komandaya və yaxşı bir baş məşqçiyə sahibdir”.

Bu gün keçiriləcək İtaliya – İspaniya matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button